Çində ailələrə 3-cü uşağa sahib olmağa icazə verilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər yalnız 1 uşağın doğuşuna icazə verilsə də, son illər əhalinin yaşlanması və 18 yaşa qədər azyaşlıların sayının azalması qadağanın yumşaldılmasına səbəb olub.
Çində buna qədər yalnız kənd yerində yaşayan ailələrə 1-ci övladı qız doğularsa, ikinci övlada sahib olmağa icazə verilirdi.