Modern.az

Elmar Məmmədyarov israilli həmkarı ilə görüşüb

Elmar Məmmədyarov israilli həmkarı ilə görüşüb

29 Sentyabr 2012, 12:27

Xarici işlər naziri Elmar Məmmədyarov israilli həmkarı Aviqdor Liberman ilə görüşüb. Modern.az-a bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, görüş BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində baş tutub. 

  Görüşdə Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.    

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu