Bu gün bəzi elektron KİV-lərdə yayılan məlumata görə, ATV telekanalından işdən çıxan telejurnalist Emin Musəvi Diasporla İş üzrə Dövlət Komitəsində yeni vəzifəyə təyin olunub. Məlumatı dəqiqləşdirmək üçün Komitə ilə əlaqə saxladıq.
Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirildi ki, son 10 gün ərzində Komitədə heç bir təyinat olmayıb:
“Bizdə belə bir təyinat yoxdur. Son 10 gün ərzində belə bir təyinat olmayıb”.
Dolayısıyla Emin Musəvinin Diasporla İş üzrə Dövlət Komitəsində yeni vəzifəyə təyin olunması xəbəri təkzib olundu. Məlumatla bağlı Emin Musəvinin özü ilə əlaqə yaratmaq istəsək də, cəhdlərimiz baş tutmadı.
Qeyd edək ki, E.Musəvi əvvəllər “Space” telekanalında aparıcı kimi çalışıb. 1999-2000-ci illərdə Azad Azərbaycan Telekompaniyasının ilk əməkdaşlarından olub. 2004-cü ildə ATV-nin 106.3 FM radiosu yaranandan bəri burada fəaliyyətini davam etdirib və 8 il radioda çalışıb. Eyni zamanda ATV-də “Rəsmilər qeyri-rəsmi”, “22-ci saat” kimi müəllif verilişləri hazırlayıb.
Gültəkin Ələsgər