Modern.az

Paşinyan Makronla görüşəcək

Paşinyan Makronla görüşəcək

Dünya

1 İyun 2021, 10:47

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Fransaya səfər edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o ötən gecə Parisə gəlib. Bu gün Paşinyan ilk olaraq Fransa parlamentində görüşlər keçirəcək və sədr Rişar Ferranla danışıqlar aparacaq.

 

Günorta saatlarında isə Paşinyan Fransa prezidenti Emmanuel Makronla ikitərəfli görüş keçirəcək. Bundan sonra Senat sədri Jerar Larşe və Fransanın erməni icması ilə görüş keçiriləcək.  

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi