Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20, gündüz 25-28 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında sabah hava şəraiti gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Sentyabrın 30-dan oktyabrın 02-dək Abşeron yarımadasında davam edən nisbətən sabit və mülayim isti hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
Modern.az