Modern.az

Bakı və Yerevan Moskvada sərhəddəki vəziyyəti MÜZAKİRƏ EDƏCƏK

Bakı və Yerevan Moskvada sərhəddəki vəziyyəti MÜZAKİRƏ EDƏCƏK

Dünya

2 İyun 2021, 10:28

Azərbaycan və Ermənistan nümayəndələri sərhəddəki vəziyyətlə bağlı bu gün Moskvada görüş keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı diplomatik mənbəyə istinadən məlumat yayıb. Görüşdə Azərbaycanı Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Ermənstanı isə Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Arman Qasparyan təmsil edəcək.

Qarabağdakı sülhməramlıların komandiri Rüstəm Muradov isə Rusiya tərəfindən danışıqlarda iştirak edəcək.

 

Aysel Məhərrəm

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal