Modern.az

Gülər Əhmədova YAP-dan çıxarıldı

Gülər Əhmədova YAP-dan çıxarıldı

Təhsil

29 Sentyabr 2012, 21:32

Hakim partiya adı rüşvət qalmaqalında hallanan deputatı öz sıralarında saxlamadı

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Gülər Əhmədovanı öz sıralarından xaric edib. Bu barədə Modern.az saytına az öncə YAP-dan məlumat verilib. Bildirilib ki, sentyabrın 29-da partiyanın rəhbər strukturlarının toplantısı keçirilib və son günlər adı rüşvət qalmaqalında hallanan deputat Gülətr Əhmədovanın YAP-dan xaric olunması barədə qərar çıxarılıb.

Gülər Əhmədova YAP-ın Qadınlar Şurasının üzvü idi.

Yeni Azərbaycan Partiyasının sədr müavini -icra katibi Əli Əhmədov hələ dünənki açıqlamasında «YAP partiya üzvü Gülər Əhmədovanın qeydiyyatı ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevlə birgə videogörüntüləri vasitəsilə üzə çıxmış əməllərindən dərin təəssüf hissi keçirir.
Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. Eyni zamanda o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirib. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi məhz belədir» deyə bildirmişdi.

Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün sentyabrın 28-də Milli Məclis rəhbərliyinə müraciət edib. Milli Məclisin oktyabrın 1-də keçiriləcək iclasında onun deputat toxunulmazlığının ləğv olunacağı və mandatından məhrum ediləcəyi gözlənilir.

Gülər Əhmədova parlamentdə 34 saylı Xətai ikinci seçki dairəsini təmsil edir. O, üçüncü dəfə deputat seçilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi