“Putin Gürcüstanı heç vaxt satın ala bilməyəcək”
Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyalı həmkarı Vladimir Putinin ünvanına sərt sözlər söyləyib. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Saakaşvili paytaxt Tiflisdə keçirilən mitinqdə çıxış edərək Putini Gürcüstanı işğal etməkdə ittiham edib. Gürcü prezident bəyan edib ki, nəinki Putin, heç kim Gürcüstanı satın ala bilməyəcək.
Saakaşvili həmçinin qeyd edib ki, sabah keçiriləcək parlament seçkisi öncəsi Rusiya ölkədə vəziyyəti hakimiyyətin əleyhinə dəyişməyə çalışsa da buna nail ola bilməyəcək.
Qeyd edək ki, sabah Gürcüstanda parlament seçkiləri keçiriləcək.
Modern.az