Modern.az

İsa Qəmbər: “Bu video 7 illik mina kimi partladı”

İsa Qəmbər: “Bu video 7 illik  mina kimi partladı”

1 Oktyabr 2012, 00:38

Müsavat başqanı İsa Qəmbər deputat Gülər Əhmədova ilə bağlı yayılan videoqalmaqala yenidən münasibət bildirib. Modern.az-ın məlumatına görə, İsa Qəmbər Facebook sosial şəbəkəsində cəmiyyətdə böyük rezonans doğuran məsələyə toxunaraq bildirib ki, millət vəkili Gülər Əhmədovayla bağlı video cəmiyyətdə böyük partlayışa səbəb oldu.

Müsavat başqanının sözlərinə görə, məlum videomaterialın ölkə miqyasında böyük əks-səda doğurmasında sosial şəbəkələr mühüm rol oynayıb. İ.Qəmbər həmçinin vurğulayıb ki, sosial şəbəkələrdə sözügedən qalmaqalla bağlı aparılan müzakirələr  ictimai fikri formalaşdırıb və konkret nəticələr verməyə başlayıb.

Qeyd edək ki, deputat Gülər Əhmədovayla bağlı məsələ Milli Məclisin sabahki iclasında müzakirəyə çıxarılaraq onun toxunulmazlıq hüququnun götürməsi və deputat mandatının ləğv edilməsi haqda yekun qərar veriləcək.

A.RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi