Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında yenidənqurma işləri aparılır. Bununla əlaqədar olaraq oktyabrın 1-də gün ərzində Bakı şəhəri Binəqədi rayonunun Biləcəri və Binəqədi qəsəbələrinin, Abşeron rayonunun Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.