Modern.az

Səməd Seyidov 9 deputatı Fransaya aparıb

Səməd Seyidov 9 deputatı Fransaya aparıb

1 Oktyabr 2012, 11:28

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçiriləcək. Modern.az xəbər verir ki, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov və Fazil Mustafa daxildir.
Oktyabrın 5-dək davam edəcək iclaslarda Rusiyanın təşkilat qarşısında götürdüyü vəzifə və öhdəliklərin yerinə yetirilməsi, siyasi partiyalarda qadınların təmsilçiliyi, siyasi məhbus anlayışı və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Sessiyada Milli Məclisin deputatı Rafael Hüseynovun “Avropa ali təhsil məkanında beynəlxalq şəffaflığın qorunması” mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında müzakirələr aparılacaq.
İclaslarda deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
Səfər çərçivəsində deputatlar Rafael Hüseynov, Rövşən Rzayev və Sabir Hacıyev  Strasburqda keçiriləcək Demokratiya Forumunda da iştirak edəcəklər.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi