Modern.az

Koçaryan siyasi vendettaya HAZIRLAŞIR: Paşinyan və komandası həbs olunacaq

Koçaryan siyasi vendettaya HAZIRLAŞIR: Paşinyan və komandası həbs olunacaq

Dünya

3 İyun 2021, 16:44

Ermənistanın eks-prezidenti, “Ermənistan” seçki blokunu lideri qismində parlament seçkilərinə qatılan Robert Koçaryan siyasi repressiyalara hazırlaşır.

 

Modern.az xəbər verir ki, bölgələrdə seçicilərlə görüşən Koçaryan hakimiyyətə gələrsə, Nikol Paşinyan iqtidarını 3 illik hakimiyyətləri dövründə atdıqları adımlara görə məsuliyyətə cəlb edəcəklərini bildirib.

“Hara qaçmaqlarından asılı olmayaraq, yaxalarından tutub ölkəyə gətirəcəyik. Baş verənlərə görə məsuliyyət daşıyan hər kəs ədalətli cəzasını çəkəcək, narahat olmayın”- deyə Koçaryan açıqlama verib.


Ekspert dairələr eks-prezidentin Nikol Paşinyanı və onun komandasını həbs etmək planı barədə ehtimallar səsləndirir.

 

2008-ci ildə Robert Koçaryan prezident seçkilərinin nəticələrinə etiraz edən kütləyə atəş əmrini vermişdi. Həmin hadisələr zamanı 10 nəfər ölmüş, 250-dən çox insan yaralanmışdı.

Faktla bağlı Koçaryan 2018-ci ilin iyul ayından bəri “konstitusion quruluşu devirmə” maddəsi ilə 3 dəfə həbs olunub və bir müddət sonra azadlığa buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi