Modern.az

Gülər Əhmədova danışdı: "Elşad Abdullayev zərərçəkmişdirsə, Bakıya gəlsin" - AÇIQLAMA

Gülər Əhmədova danışdı: "Elşad Abdullayev zərərçəkmişdirsə, Bakıya gəlsin" - AÇIQLAMA

Parlament

1 Oktyabr 2012, 11:58

Son günlər haqqında müxtəlif məlumatlar yayılan deputat Gülər Əhmədova Modern.az-a danışdı.

Əməkdaşımıza açıqlamasında o, bildirdi ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev Bakıya gələndə hər şeyə aydınlıq gətiriləcək və öz mövqeyimi bildirəcək:

“Əgər Elşad Abdullayev zərərçəkmişdirsə, Bakıya gəlsin. Onda üzləşmə olacaq və hər şey aydınlaşacaq. Elşad Abdullayev gəlsin, otursun, üzləşmələr olsun, onda bilinəcək kim nə deyir, kim nə demir”.

Qeyd edək ki, Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün sentyabrın 28-də Milli Məclis rəhbərliyinə müraciət edib.

Milli Məclis onun müraciətini MSK-ya göndərib. MSK yaxın zamanda bununla bağlı qərar verəcək.

Baş prokurorun göstərişi ilə isə Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı yaydığı videomateriala dair cinayət işi açılıb.

Gütəkin Ələsgər

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım