Modern.az

Koçaryan yüksək rütbəli zabitləri də öz tərəfinə çəkir

Koçaryan yüksək rütbəli zabitləri də öz tərəfinə çəkir

Dünya

4 İyun 2021, 09:40

Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryan müxtəlif illərdə polis, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidməti sistemində yüksək vəzifələr tutmuş zabitlərlə görüşüb.

 

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, 20 iyun seçkilərinə hazırlaşan Koçaryan bu görüşdən məmnunluğunu vurğulayıb.

“Düzü, belə bir görüşün baş tutmasına sevinirəm. Bu, təhlükəsizlik qüvvələrində çalışmış şəslərin ölkənin təhlükəsizliyindən narahat olması deməkdir”, Robert Köçəryan deyib.

 

Onun sözlərinə görə, bu gün təhlükəsizlik işçiləri sistemin əsas funksiyasının pozulmağından narahat olmalıdırlar.

"Əminəm ki, çox sayda polis məmuru yalnız bir nəfərin təhlükəsizliyini təmin etməli olduqda, bu, polis üçün çətin vəziyyət deməkdir".

 

Koçaryan son dövlər polis sistemini tərk edən zabitlərə də salam göndərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal