Millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında gözlənilməz təkliflə çıxış edib.
Modern.az-ın məlumatına görə, deputat Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasını tələb edib.
F.Ağamalı çıxışında bildirib ki, Milli Məclis Mİnsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar verməlidir.
"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində qeyri-obyektiv prizmadan çıxış edib. ATƏT və bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi hələ tanımayıb. Ötən 20 ildə ATƏT-in Minsk qrupu münaqişənin həll olunması ilə bağlı heç bir irəliləyişə nail olmayıb. Ona görə də təklif edirəm ki, parlament ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul etsin”.
Modern.az