Modern.az

“Nazirliklə müqavilə bağlayan heç bir müəllim kənddən geri dönməyib” - Rəsmi açıqlama

“Nazirliklə müqavilə bağlayan heç bir müəllim kənddən geri dönməyib” - Rəsmi açıqlama

1 Oktyabr 2012, 13:09

“Rayon, kənd məktəblərinə işləməyə göndərilən müəllimlərdən heç biri nazirliklə müqavilə bağladıqdan sonra ora getməkdən imtina etməyib”. Bu sözləri Modern.az-a açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov deyib. O qeyd edib ki, həmin müəllimlər dərs demək istədikləri yerləri seçərkən orada hansı şəraitin olduğunu bilirlər.

“Hər halda onlar hansı şəraitə, hara və hansı maaşa getdiklərini bilirlər. Ancaq hələ ki müqavilə bağlayıb sonra həmin yerə getməkdən imtina edənlər görməmişəm”.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən bu il rayonlara, rayon mərkəzlərinə, ucqar kəndlərə 800 müəllimin işləməyə göndərilməsi üçün müqavilə imzalanıb. Lakin həmin müəllimlərin bir çoxu işləyəcəyi yerlərdəki şəraitsizliyi gördükdən sonra ora getməkdən imtina edirlər.

Aytən Əliyeva
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi