Modern.az

"Gülər Əhmədova məsələsinin parlamentin işgüzar nüfuzuna təsiri yoxdur"

"Gülər Əhmədova məsələsinin parlamentin işgüzar nüfuzuna təsiri yoxdur"

1 Oktyabr 2012, 13:13

Deputat Gülər Əhmədova ilə bağlı qalmaqalın parlamentin işgüzar nüfuzuna heç bir təsiri yoxdur.  Modern.az-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiytasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib. Onun sözlərinə görə, parlament kollektiv orqan deyil, hər bir deputat öz əməlinə cavabdehdir.

“Parlamentdə hər bir deputat fərdi şəkildə mübarizə apararaq, deputat mandatı qazanıb. Odur ki, hər bir şəxs öz fəaliyyətinə cavabdehdir”.

Aydın Mirzəzadənin sözlərinə görə, parlament cəmiyyətlə işləyən bir dövlət orqanıdır. Məlum videoqalmaqalla bağlı müxalifətin nümayiş etdirdiyi mövqeyi şərh edən deputat bildirib ki, müxalifət Azərbaycanda hakimiyyət böhranı olmağına çalışır.

“Müxalifət gündəlik hadisələrlə yaşayır. Müxalifətin təqdim edəcəyi hər hansı plan və təklif yoxdur. Azərbaycanda baş verən bu hadisə ilə Yeni Azərbaycan Partiyası təəssüfləndiyini bildirib. Biz artıq öz mövqeyimizi ortaya qoymuşuq. Bu Azərbaycan dövlətinin məsələyə açıq və kəskin münasibətinin təzahürüdür”- deyə A.Mirzazadə bildirib.

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi