Modern.az

ARDNŞ Neft Emalı zavodunda partlayış olmadığını bildirir - Açıqlama

ARDNŞ Neft Emalı zavodunda partlayış olmadığını bildirir - Açıqlama

1 Oktyabr 2012, 14:34

Bir qədər əvvəl yayılan məlumata görə, Heydər Əliyev adına Neft Emalı zavodunda güclü partlayış olub. Qeyd edilir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Bu xəbərlə bağlı ARDNŞ-lə əlaqə saxladıq. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Modern.az saytına açıqlamasında bildirib ki, orada heç bir partlayış baş verməyib.  
Bundan başqa ARDNŞ-nin Neft emalı şöbəsi ilə də əlaqə saxladıq. Telefona cavab verən mühəndis orada heç bir partlayışın baş vermədiyini deyib.
“Biz də oradayıq hər hansı bir hadisə olsa idi, biz də xəbərdar olardıq”.  

ARDNŞ Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı oktyabrın 1-də rəsmi məlumat da yayıb. Bildirilib Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 55 saylı katalitik krekinq qurğusu sentyabrın 28-dən təmirə dayandırılıb.

“Təmir prosesində sistemdəki qaz boşaldılan zaman borunun içərisində olan kükürdlü birləşmələrin hava ilə təması nəticəsində bir qayda olaraq borunun ağzında yüngül partlayış görüntüsü yaranır. Odur ki, təmir zamanı yanğınsöndürən maşınların qurğunun yanında növbə çəkməsi texnoloji prosesin tərkib hissəsidir. Oktyabrın 1-də 55 saylı qurğunun məşəl xəttində siyirtmənin dəyişdirilməsi zamanı belə bir gurultu qeydə alınıb. Buna baxmayaraq, ətraf mühitə və insanlara heç bir ziyan dəyməyib, yanğın baş verməyib. Qurğuda təmir işləri davam etdirilir”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi