Modern.az

Zelenski jurnalistlərə kabab qonaqlığı verdi

Zelenski jurnalistlərə kabab qonaqlığı verdi

Dünya

6 İyun 2021, 12:44

Ukrayna Prezidenti Vladimir Zelenski açıq havada media nümayəndələri ilə görüş keçirib.

 

Modern.az yerli KİV-ə istinadən bildirir ki, Zelenski jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edib və onları kabab qonaqlığına dəvət edib.

 

"Öz əllərimlə hazırladığım kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabular olmadan söhbət, kəskin suallar və dürüst cavablarım... Bu cür görüşlərin artıq ənənə halına gəlməsi çox xoşdur", - deyə Zelenski İnstaqram səhifəsində yazıb.

 

Qeyd edək ki, Ukrayna lideri bir il bundan əvvəl də oxşar görüş keçirmişdi. Prezident və media işçiləri birgə velosiped sürmüşdülər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal