Modern.az

Goranboyda müəmmalı ölüm

Goranboyda müəmmalı ölüm

1 Oktyabr 2012, 17:59

Bir neçə gün əvvəl Goranboy rayonunun Rus Borisi kəndində ölüm hadisəsi baş verib. Kəlbəcər rayonundan olan Umudvar adlı məcburi köçkün özünü asaraq intihar edib. Onun ölümünün səbəbinin bir müddət əvvəl itmiş xırdabuynuzlu heyvanlarının tapılmaması ilə bağlı olduğunu bildiriblər.
Lakin adının çəkilməsini istəməyən kənd sakinlərinin bildirdiyinə görə ölüm hadisəsində müəmmalı məqamlar olub. Belə ki, mərhumun bədənində qançırlar və zorakılıq əlamətlərinin izi olub. Bu da mərhumun heç də öz əcəli ilə ölmədiyindən xəbər verir.
Yəqin ki, hüquq-mühafizə orqanları bu faktı diqqətdən qaçırmayacaqlar.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi