Modern.az

Prezident Saakaşvili müxalifətçi milyarder İvanişviliyə uduzdu

Prezident Saakaşvili müxalifətçi milyarder İvanişviliyə uduzdu

1 Oktyabr 2012, 22:59

İlkin məlumatlara görə, Gürcüstanda keçirilən parlament seçkilərində müxalifət qələbə qazanıb...

Oktyabrın 1-də Gürcüstanda parlament seçkiləri keçirilib. Səkkizinci dəfə formalaşan Gürcüstan parlamentinin 150 deputatından 73-ü majoritar, 77-si proporsional seçki sistemi əsasında seçiləcək.
Seçkilərdə 14 siyasi partiya və 2 seçki bloku iştirak edib. Parlament seçkilərində 3 milyon 612 min 851 seçici 73 seçki dairəsi üzrə 3 min 719 seçki məntəqəsində səs verməli idi.
Əsas rəqabət prezident Mixail Saakaşvilinin rəhbəri olduğu hakim Vahid Milli Hərəkat Partiyası və milyarder Bidzina İvanişvilinin müxalif “Gürcü arzusu” bloku arasında gedib.

Modern.az lenta.ru-ya istinadən bildirir ki, Gürcüstanda parlament seçkilərində “eksit-poll” keçirən təşkilatların məlumatlarına görə, müxalifətin “Gürcü azusu” bloku seçkilərdə 60 faizdən çox səs toplayıb.

Mərkəzi Seçki Komissiyası isə tələsməməyi, rəsmi nəticənin açıqlanmasını gözləməyə çağırıb.

Milyarder İvanişvili mediaya açıqlamasında seçkilərdə çoxlu qanun pozuntusuna yol verildiyini qeyd edob. O, Rusiyanın adamı olması ilə bağlı ittihamları da rədd edib.

Gürcüstanın “İmedi” və “Rustavi 2” telekanallarını keçirdiyi “eksit-poll”arın nəticələrinə görə parlament seçkilərində müxalifətdən olan biznesmen Bidzina İvanişvilinin seçki bloku qələbə qazanıb. Məlumatlara görə, İvanaşvilinin partiyası parlamentdəki yerlərin 60 faizini qazanıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi