Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda ölən hərbçilərin yeni sayını açıqlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu barədə Armavir vilayətinin Qeqakert kəndində seçicilərlə görüşü zamanı deyib.
“Hal-hazırda bizdə olan məlumata görə, Qarabağda 3700 hərbçinin ölüm faktı təsdiq olunub”-deyə Paşinyan qeyd edib.