Modern.az

ABU-nun binası Elşad Abdullayevin şəxsi mülkiyyətində qalır - FOTOLAR

ABU-nun binası Elşad Abdullayevin şəxsi mülkiyyətində qalır - FOTOLAR

2 Oktyabr 2012, 14:34

Vəkil: "Azərbaycan Beynəlxalq Universitetinin binası hazırda da Elşad Abdullayevin şəxsi mülkiyyətdir”.

Bu barədə Modern. az saytına fəaliyyəti dayandırılmış ABU-nun eks-rektoru Elşad Abdullayevin vəkili Adil İsmayılov bildirib:

“ABU-nun binası Elşad Abdullayevin özünə məxsusdur. Elşad Abdullayevin həmin binadakı   ofisində axtarış aparılır. Bütün sənədlərə baxılır. Amma özləri heç bir sənəd göstərmədən bu axtarışı aparırlar”-deyə vəkil qeyd edib.

Qeyd edək  ki, deputat Gülər Əhmədova ilə bağlı rüşvət qalmaqalını əks etdirən vidoçəkiliş 2010-cu ildə Təhsil Nazirliyi tərəfindən lisenziyası ləğv edilərək qapadılan Azərbaycan Beynəlxalq Universitetini yenidən gündəmə gətirib. 

Baş Prokuror Zakir Qaralov KİV-ə açıqlamasında ABU-nun tədris binasındna axtarış aparıldığnı təsdiqləyib

Əməkdaşımız ABU-nun ərazisinə baş çəkib. Darvazaları qıfıllı olan ərazidə mühafizə işlərinə baxan şəxs prokurorluq işçilərinin içəridə olduğunu və binaya  kənar şəxslərin buraxılmadığını deyib.








Nihadə Eyyubova

FOTO: Elçin Ağayev

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI