Modern.az

Nigar Yaqublunun istintaq müddəti uzadıldı

Nigar Yaqublunun istintaq müddəti uzadıldı

2 Oktyabr 2012, 16:18

Müsavat partiyasının üzvü, gənc fəal Nigar Yaqublunun istintaq müddəti uzadılıb. Bu barədə Modern.az saytına N.Yaqublunun vəkili Osman Kazımlı məlumat verib. Vəkilin sözlərinə görə, Nigar Yaqublunun istintaq müddəti oktyabrın 2-də başa çatması olsa da müstəntiq tərəfindən bu bilərəkdən uzadılır.

“Nigar Yaqublunun istintaq müddəti bu gün başa çatmalı olsa da müstəntiq tərəfindən hələ də bu haqda bizə cavab verilmir. Dəfələrlə həmin şəxsin telefonuna zəng etsəm də cavab vermir. Sadəcə olaraq onların niyyətləri bəllidir ki, istinatq müddəti uzadılsın və Nigar Yaqublu həbsdə saxlanılsın. İstintaqın da qərəzli aparılıdığı açıq aşkar ortadadır”, - deyə vəkil O.Kazımli bildirib.

Qeyd edək ki, Müsavat partiyasının üzvü Nigar Yabuqlu partiyadaşı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasına görə saxlanıb. Sentyabrın 11-də barəsində 2 aylıq həbs qərarı çıxarılıb.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi