Modern.az

ABŞ Türkiyə ilə Qafqazda əməkdaşlıq etmək arzusundadır - Çavuşoğlu

ABŞ Türkiyə ilə Qafqazda əməkdaşlıq etmək arzusundadır - Çavuşoğlu

9 İyun 2021, 23:58

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” kanalında güdəmə aid bir sıra sualları cavablandırıb.

 

Modern.az-ın məlumatına görə, nazir qeyd edib ki, ABŞ Türkiyə ilə bir çox bölgələrdə, o cümlədən də Qafqazda əməkdaşlıq etməkdə maraqlıdır.

 

“ABŞ-ın sadəcə Liviya və Suriya məsələlərində deyil, Aralıq dənizindən Qara dənizə və Qafqazadək bir çox regionda bizimlə əməkdaşlıq etmək arzusunda olduğunu görürük”, - deyə o, bəyan edib.

 

M.Çavuşoğlu Rusiyadan əldə olunan S-400 raket kompleksləri səbəbindən ABŞ-ın narazılığına dair də fikir bildirib. XİN rəhbəri bu işlərin bir tərəfin təkidi ilə həll olunmadığını, Qərbin təminat verəcəyi təqdirdə eyni tipli silahların onlardan da alınacağını bildirib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu