Gürcüstan prezidenti Mixail Saakaşvili parlament seçkilərinin nəticələri ilə bağlı xalqa xüsusi müraciət edib.
Modern..az bildirir ki, prezident müxalifətin parlament çoxluğuna yeni hökmüətin qurulması və baş nazirin seçilməsi üçün hər cür yardım edəcəyini bildirib.
“Mənim üçün yad olan bu siyasi baxışlara səs vermiş gürcü xaqının seçiminə hörmət edirəm. Prezident kimi bu siyasi qüvvəyə bütünü köməyimi edəcəyəm”-deyə o vurğulayıb.
Saakaşvili “Milli Hərəkat” partiyasına səs vermiş seçicilərə minnətdarlığını bildirib.
“Biz rəqiblərimizin baxışlarını bölüşmürük. Amma demokratiyaya sadiqik və xalqın rəyinə hörmət edirik”-deyə Saakaşvili vurğulayıb.
Parlament seçkiilərinin nəticələrinə görə, parlamentə milyarder B.İvanişvilinin “Gürcü arzusu” koalisiyasının 80 deputatı daxil olacaq.