Modern.az

İngiltərə kasıb ölkələrə vaksin paylayacaq

İngiltərə kasıb ölkələrə vaksin paylayacaq

11 İyun 2021, 12:36

İngiltərə yaxın bir neçə həftə ərzində kasıb ölkələrə koronavirus peyvəndi bağışlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə İngiltərə Baş naziri G7 sammitində deyib. Bildirilib ki, sentyabr ayının sonuna qədər İngiltərə tərəfindən beş milyon, ilin sonuna qədər 25 milyon doza veriləcək. Baş nazir zirvədəki lider yoldaşlarının da bənzər vədlər verəcəyini və birlikdə dünyanı gələn ilin sonuna qədər peyvəndləyə biləcəyini ümid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden 92 aşağı və orta gəlirli ölkəyə və Afrika Birliyinə 500 milyon doza “Pfizer” peyvəndi vəd edib.

 

 Aysel Məhərrəm

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi