Modern.az

Metronun qrafikində dəyişiklik olacaq?

Metronun qrafikində dəyişiklik olacaq?

11 İyun 2021, 14:57

Futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək oyunları il əlaqədar metroda qatarlararası hərəkət qrafikində yeni dəyişiklik edilməyəcək.

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov deyib ki, metro pandemiya dövrü ilə əlaqədar optimal sistemlə hərəkət edir:

“Çempionat dövründə də eyni hərəkət qrafiki qüvvədə saxlanılacaq. Oyun saatları xüsusi nəzərə alınmaq şərtilə ehtiyat qatarlar hazıır saxlanılacaq. Ehtiyac olarsa həmin qatarlar xəttə buraxılacaq”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi