Modern.az

Şuşada aptek açıldı - FOTO

Şuşada aptek açıldı - FOTO

14 İyun 2021, 11:09

“Huner Group” şirkətlərinə daxil olan “Darçın” apteklər şəbəkəsinin bir filialı Şuşada açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda qeyd edilir. Bildirilir ki, qrupun 12 aptek şəbəkəsi Bakıda yerləşir. “Huner Group”un baş direktoru Ehtiram Quliyevin şəxsi təşəbbüsu ilə “Darçın” apteklər şəbəkəsinin 13-cü apteki məhz Şuşada açılıb. Aptekdə iki nəfər əczaçı çalışır:

 

"44 günlük Vətən müharibəsində daim qəhrəman ordumuzun yanında olaraq öz dəstəyini göstərən şirkətimiz Qarabağımızın inkişaf etdirilməsi istiqamətində də yeni bir addım atıb. Ali Baş Komandanımızın “Biz Qarabağı dirçəldəcəyik!” şüarından yola çıxaraq biz də "Huner Group" olaraq bu işə öz töhfəmizi vermək istədik.

 

Belə ki, şirkətlər qrupumuza daxil olan “Darçın” apteklər şəbəkəsinin bir filialı artıq Şuşada fəaliyyətə başlayıb.  Böyük qürur hissi keçirərək bildirmək istəyirik ki, bundan sonra da Qarabağımızın inkişaf etdirilməsi üçün aparılan işlərdə əlimizdən gələni əsirgəməyəcəyik", deyə şirkətin məlumatında deyilir.

 

 

Mehri Qurban

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU