Modern.az xəbər verir ki, “Gənclik” metrostansiyasının yaxınlığındakı dayanacaqda yol qəzası baş verib. Belə ki, “London taksisi” BMV markalı maşını arxadan vurub. Bu zaman 10-XD-315 dövlət nişanlı BMV markalı maşının qadın sürücüsü də idarəetməni itirərək 38 nömrəli avtobusla toqquşub. Avtobusun sürücüsünun sözlərinə görə, hadisə zamanı bu nəqliyyat vasitəsində 20-25 nəfər olub, az sayda yüngül xəsarət alan var. Dövlət Yol Polisinin (DYP) əməkdaşları hadisə yerində araşdırma aparıblar.