Modern.az

Baydenlə Putin Qarabağı da MÜZAKİRƏ EDƏCƏK

Baydenlə Putin Qarabağı da MÜZAKİRƏ EDƏCƏK

15 İyun 2021, 11:16

ABŞ prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putin Qarabağı da müzakirə edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov bildirib.

“Putinlə Bayden Dağlıq Qarabağı müzakirə edəcək. Bundan başqa, Yaxın Şərq, Ukrayna, strateji sabitlik, COVID-19-la mübarizə, kibercinayətkarlığa qarşı mübarizə və s. də müzakirə olunacaq”- deyə Uşakov qeyd edib.

 

Xatırladaq ki, Putin-Bayden görüşü iyunun 16-da baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi