UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakının “Neftçi” klubu sabah İtaliyanın məşhur “İnter” klubu ilə qarşılaşacaq. Tarixində ilk dəfə Avro Liqanın qrup mərhələsinə vəsiqə qazanan komandamızın rəqibləri artıq Bakıdadır. Modern.az-ın məlumatına görə, bu gün axşam saatlarında Tofiq Bəhramov adına Respublika Stadionunda mətbuat konfrası keçirən “İnter” in baş məşqçisi Andrea Stramaççoni “Neftçi”dən çəkindilərini etiraf edib.
“Bu oyun bizim üçün çox əhəmiyyət daşıyır. İlk oyunda biz xal qazana bilmədik. Çalışacağıq ki, sabahki oyunda xal qazanaq ki, qrupda öz mövqeyimizi möhkəmlədək. “Neftçi” artıq çox dəyişilib. Bir çox oyunçular var ki, bizim üçün başağrısı ola bilər”, deyə baş məşqçi bildirib.
Neftçinin baş məşqçisi Böyükağa Hacıyev də güclü rəqibindən qorxmadıqlarını, sabahki oyunda “İnter”dən xal almaq istədilərini deyib. Onun sözlərinə görə, komanda oyuna artıq tam hazırdır.
Qeyd edək ki, İnter-Neftçi oyunu oktyabrın 4-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Anar Kəlbiyev