Modern.az

Bakıda 4 nəfəri gürzə ilanı çalıb

Bakıda 4 nəfəri gürzə ilanı çalıb

Hadisə

15 İyun 2021, 13:39

İyunun ilk 10 günlüyündə 22 nəfər müxtəlif zəhərlənmə səbəblərilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

 

Bu barədə Modern.az-a məlumat verən baş toksikoloq Azər Maqsudov deyib ki, onlardan 4 nəfəri gürzə ilanın zəhərlənməsilə daxil olub:


“1-i uşaq, digər 3 nəfəri böyüklər olub. Ölüm hadisəsi qeydə alınmayıb. Ümumilikdə 7 nəfər dərmandan zəhərlənmə diaqnozu ilə müraciət edib. Onlardan da ikisi azyaşlı olub, ölən olmayıb.

2 qadın sirkə turşusu ilə zəhərlənib. Onlardan biri hələ də xəstəxanada müalicə alır, vəziyyəti ağırdır. 9 nəfər allergik reaksiya ilə daxil olub. 4 nəfəri məsləhət alıb, 5 nəfər isə klinikaya yerləşdirilib”.


Toksikoloq deyib ki, COVID-19 əleyhinə peyvənd olunanlardan da müraciət edənlər var:

“Onlar əsasən allergik reaksiya şikayətilə müracət edirlər. Vəziyyəti ağırlaşan olmayıb, sadəcə məsləhət alıb evə yazılıblar.


Narkotik vasitələrlə zəhərlənənlərə gəlincə, həkim bu tip xəstələrin müəssisəyə yerləşdirilmədiyini qeyd edib:

“Onları adətən təcili yardım gətirir, ambulator şəraitdə məsləhət verilir və evə buraxılırlar. Doza həddinin aşılması ilə bağlı ağır formada bizim xəstəxanaya yerləşdirilənlər yoxdur”.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır