Modern.az

Türkiyə ilə Suriya arasında müharibə başladı

Türkiyə ilə Suriya arasında müharibə başladı

Təhsil

3 Oktyabr 2012, 23:52

Tü rkiyə ilə Suriya arasında gözlənilən müharibə başladı. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Suriya ordusuna məxsus qırııcı təyyarlər tərəfindən bu gün axşam saatlarında Türkiyə ilə sərhəddə yerləşən Şanlıurfa bölgəsinə bir neçə dəfə ardıcıl bombalı hücumlar həyata keçirilib. Bölgə yarım saatdan çox top atəşinə məruz qalıb. Ilkin məlumatlara görə, Şanlıurfanın Açaqala qəsəbəsində baş verən hadisə nəticəsində 5 nəfər ölüb, 9 nəfərdən çox insan isə yaralanıb.

Hadisədən dərhal sonra Türkiyə ordusu müharibə hazırlığına gətirilərək hücumların qarşısını alıb. Rəsmi Ankara  Suriyanın gözlənilməz hücumu ilə bağlı rəsmi açıqlama yayıb. Nazirlər Kabinetinin yaydığı açıqlamada bildirilib ki, Türkiyə də bunun qarşılığında Suriyaya bir neçə zərbə endirib. Qarşı tərəficavab atəşi ilə susdurulsa da bölgədə müharibənin olacağı qaçılmaz deyil. Türkiyədə hazırda müharibə şəraiti hökm sürür. Suriya ilə sərhəd bölgədə isə vəziyyətin kritik olduğu bildirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi