Modern.az

NATO Türkiyəyə görə təcili toplantı çağırdı

NATO Türkiyəyə görə təcili toplantı çağırdı

Təhsil

4 Oktyabr 2012, 00:18

Türkiyənin sərhəd bölgələrinin Suriya tərəfindən bombalanması ilə bağlı NATO təcili olarq toplantı çağırıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, NATO-nun növbədənkənar toplantısı bu gecə Brüsseldə baş tutacaq. Görüşdə Türkiyə ilə Suriya arasında yaşanan müharibə təhlükəsi geniş müzakirəyə çıxarılacaq.

Yığıncaqda Türkiyənin NATO-dakı daimi nümayəndəsi Heydər Berkin də iştirak edəcək.

Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyənin Şanlıurfa bölgəsi gözlənilmədən Suriyanın bombalı saldırılarına məruz qalıb. Türkiyə Ordusu qarşı tərəfi cavab atəşi ilə susdursa da ilkin məlumatlara görə, Ağçaqala qəsəbəsində 5 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi