Modern.az

Bakıda II Beynəlxalq Humanitar Forum keçirilir

Bakıda II Beynəlxalq Humanitar Forum keçirilir

Təhsil

4 Oktyabr 2012, 11:26

Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da Forumun açılış mərasimində iştirak ediblər. XXI əsr: Ümidlər və təhdidlər” mövzusunda keçirilən tədbirdə əsas məqsəd xalqlar, ölkələr arasında anlaşmanı, qarşılıqlı hörməti və əlaqələri daha da möhkəmləndirməkdir.
Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları beynəlxalq ictimai-siyasi fikri formalaşdırmaq iqtidarında olan tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, mötəbər beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələridir.

Modern.az-ın məlumatına görə, İkinci Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edir. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadimdir.

Forum iştirakçı ölkələr aktual mövzular ətrafında geniş fikir mübadiləsi apararaq Azərbaycan haqqında fikirlərini çatdırırlar.

Sabah forumda “İqtisadi inkişaf modellərinin humanitar aspektləri”, “Müasir KİV və təhdidlər”, “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, “Multikulturalizm və mədəni özünüdərk”, “Cəmiyyət həyatında multikulturalizm” mövzularında dəyirmi masalar keçiriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi