Modern.az

“Hətta dövlət telefonlarını nazirlər deyil, köməkçiləri götürür”

“Hətta dövlət telefonlarını nazirlər deyil, köməkçiləri götürür”

Parlament

4 Oktyabr 2012, 13:25

Milli Məclisin plenar iclaslarında deputatlar dəfələrlə ayrı-ayrı dövlət qurumlarından gileylərini bildiriblər. Onlar bir sıra dövlət qurumlarının rəhbərlərinin deputatların rəsmi sorğularına belə,  cavab vermədiklərini qeyd ediblər. Millət vəkilləri bildiriblər ki, seçicilərindən gələn şikayətə və ya hər hansı məsələyə aydınlıq gətirmək üçün müxtəlif dövlət qurumları ilə əlaqə saxlamalarına baxmayaraq, heç bir nəticə əldə edə bilmirlər. Bunu nəzərə alaraq Modern.az deputatlardan hansı dövlət qurumlarından onların sorğularına cavab vermədiklərini öyrənməyə çalışıb. 

Deputat Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında bildirib ki, onun dövlət qurumları belə problemi yoxdur. O, deyib yazılı və ya telefon vasitəsilə müraciət etdiyi dövlət qurumlarının rəhbələrindən, nazirlərindən, nazir müavinlərindən hər zaman cavab alıb.

“Düzdür o bir problemdir ki, bizdə nazirlər telefonlarını, hətta dövlət telefonlarını özləri götürmürlər, köməkçiləri götürür. Sonra biləndə kimdir zəng edən, yəni o, bu haqda məlumat veriləndən sonra danışıq baş tutur”.

S. Rüstəmxanlı qeyd edib ki, o daha çox güneydən gələn uşaqlar, onların miqrasiya məsələləri, təhsili ilə bağlı müraciətləri edib.
“Bundan əlavə, seçicilərimin müraciətləri ilə bağlı Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, “Azərenerji” ASC və s. dövlət qurumları ilə əlaqə saxlamışam”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım