Millət vəkili Çingiz Qənizadə Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə görüşüb. Bu barədə millət vəkilinin özü Modern.az-a bildirib.
Onun sözlərinə görə, təşəbbüs E.Abdullayev tərəfindən irəli sürülüb. Strasburqda keçən görüşdə keçmiş rektorun Azərbaycana gəlməsi, medianın gündəmini tutan rüşvət videosu ilə bağlı məsələlər müzakirə olunub.