Modern.az

Parlament Ərdoğana əlavə səlahiyyət verdi - ordu ölkə xaricində hərbi əməliyyat apara bilər

Parlament Ərdoğana əlavə səlahiyyət verdi - ordu ölkə xaricində hərbi əməliyyat apara bilər

Təhsil

4 Oktyabr 2012, 17:16

Türkiyə Silahlı Qüvvələrinin ölkə xaricinə göndərilməsi ilə bağlı hökumətə 1 il müddətinə səlahiyyət verilməsini nəzərdə tutan qərar layihəsi qəbul edilib.

APA-nın xəbərinə görə, layihə Türkiyə Böyük Millət Məclisinin bu gün keçirilən toplantısında müzakirəyə çıxarılıb və səsə qoyulub.

Sənəd 320 nəfər lehinə, 129 nəfər əleyhinə olmaqla qəbul olunub. Bundan sonra hökumət istəsə ordu Suriya ərazisinə keçib orada hərbi və ya humanitar əməliyyatlar apara biləcək.

Xatırladaq ki, oktyabrın 3-də Suriya ordusunun Türkiyə ərazisini atəşə tutması nəticəsində 5 dinc sakin həlak olub. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi