Modern.az

ADP iqtidarla dialoqdan imtina etdi

ADP iqtidarla dialoqdan imtina etdi

Təhsil

5 Oktyabr 2012, 10:26

“İqtidara dialoqla bağlı müraciət etmək niyyətim yoxdur. Bizim cəmiyyətdə  heç bir məsələdə  iqtidarla-müxalifət  arasında, ümumiyyətlə   millət arasında  həmrəylik yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu hakimiyyətlə müxalifət arasında əməkdaşlıq perspektivlərini şərh edərkən deyib. 

“Təəssüf ki, belə bir əməkdaşlığa meyllilik yoxdur.  Hər tərəf öz  üstünlüyünə  çalışır,  əks  tərəfin hər hansı  bir xeyir götürməsinə  dözə  bilmir.  Bu isə  siyasi  dialoqun  fəlsəfəsinə   ziddir. Siyasi dialoq tərəflərin  bir-biri ilə ünsiyyətindən müəyyən  maraqlarını  təmin etməkdir. Nə iqtidar  razı olur ki,  müxalifət bu görüşdə  marağını təmin etsin,  nə də müxalifət  razı olur ki,  iqtidara bu görüşdən bir xeyir gəlsin.  Belə  halda isə dialoq öz mahiyyətini itirir. Bu,  artıq dialoq yox, diskussiya olur”-deyə S. Cəlaloğlu vurğulayıb.

Cəlaloğlunun sözlərinə görə,  dialoq siyasi  mədəniyyətin ən yüksək təzahürlərindən biridir.  “Gərək tərəflər elə bir  səviyyədə  inkişaf  etsin ki, bu əməkdaşlıq baş tutsun. Bizim cəmiyyətdə  heç bir məsələdə  iqtidarla-müxalifət  arasında, ümumiyyətlə   millət arasında  həmrəylik yoxdur.  Yaxşı ilə pisi ayıra bilməyən cəmiyyətdə  heç vaxt tənəzzüldən, böhrandan çıxmaq mümkün deyil.  Yaxın vaxtlarda isə belə bir görüş barəsində düşünmürəm”-deyə S.Cəlaloğlu bildirib.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi