
Suriya və Türkiyənin sərhədindəki hadisələrə BMT-nin Təhlükəsizlik Şurasından da reaksiya gəlib. Rusiya son anda öz fikrini dəyişdirib və BMT-nin Təhlükəsizlik Şurası Suriyanı qınayıb.
Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasın keçirdiyi mətbuat konfransında ölənlərin ailələrinə, Türkiyəyə və türk millətinə baş sağlığı verib.
“Şuranın üzvləri düşünür ki, Suriyadakı vəziyyət, qonşu ölkələrin təhlükəsizliyini, regionda sülhü və sabitliyi pozur. Şuranın üzv ölkələri buna artıq son verilməsini və bunların bir daha təkrarlanmamasını tələb edir. Suriya qonşu dövlətlərin suverenlik haqlarına və ərazi bütövlüyünə hörmət etməlidir”, – deyə BMT TŞ Suriyanı qınayıb.
Rusiya BMT-nin Suriyanın qınamasının əleyhinə olsa da, Şura bunu elədi. Hətta bunu mətbuat konfransı zamanı dilə gətirdi. Ancaq Rusiya bunun gerçəkləşməsinə etiraz edirdi. Rəsmi Moskva təşkilata yazdığı məktubda bildirmişdi ki, “BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri Suriya-Türkiyə sərhədindəki hadisələrə münasibət bildirərkən balansı qorumalı və bitərəf mövqe bildirməməlidir. Biz bu durumda ortaq bir qərarın qəbul edilməsinin əleyhinəyik”.
Həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Lukaşeviç “Suriya torpaqlarında terror gerçəkləşəndə Qərb ölkələrindəki ortaqlarımız və BMT-nin Təhlükəsizlik Şurası heç bir fikir bildirmirlər. Suriya və Türkiyə sərhədindəki olaylar ətraflı araşdırılmalıdır. Hər iki tərəf də bir-birinin ərazi bütövlüyünə, terrorla mübarizəyə səmimi şəkildə hörmət etməlidir”, – deyə vurğulayıb.
Sevinc İltifatqızı