Modern.az

Oğuzda yol qəzası - xəsarət alan var

Oğuzda yol qəzası - xəsarət alan var

19 İyun 2021, 22:08

Oğuzda “VAZ 2106” markalı minik avtomobili taxıl biçən konbaynla toqquşub.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Oğuz-Qumlaq avtomobil yolunda baş verib.

 

Qəza zamanı “VAZ 2106” markalı avtomobilin sürücüsü, rayonun Top kənd sakini, Tapdıq Cəlal oğlu Atlıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI