Parlament Jurnalistlər Birliyinin(PJB) üzvləri yaxın vaxtlarda Azərbaycandakı muzeylərə baş çəkəcəklər. Bu barədə Modern.az-a qurumun rəhbəri Elşad Eyvazlı məlumat verib. O, qeyd edib ki, jurnalistlərin muzeyləri ziyarət etməsində əsas məqsəd ölkə muzeylərindəki vəziyyəti cəmiyyətin diqqətinə çatdırmaqdır: “Maraqlıdır ki, Azərbaycanda fəaliyyət göstərən muzeylər Azərbaycanın tarixini, digər sahələrə bağlı olan məsələləri əcnəbilərə necə çatdırır. Azərbaycan muzeylərində saxlanılan eksponatların vəziyyəti necədir. Bununla bağlı biz muzeyləri ziyarət edəcəyik”.