Modern.az

AMİP: “Etiraz aksiyalarina sosial sifariş görmürük - MÖVQE

AMİP: “Etiraz aksiyalarina sosial sifariş görmürük - MÖVQE

Təhsil

5 Oktyabr 2012, 13:52

AMİP İctimai Palatanın oktyabrın 13-də keçirəcəyi etiraz aksiyasına qoşulmayacaq. Bu barədə Modern.az-a  partiyanın sədri Yusif Bağırzadə bildirib. 

Yusif Bağırzadənin sözlərinə görə, aksiyaya qoşulmaq üçün hələ ki, sosial sifariş yoxdur. “Biz Milli İstiqlal Partiyası olaraq aksiyalara qoşulmuruq. Çünki belə başa düşürük ki, hələ də buna sosial sifariş yoxdur. AMİP olaraq Məşvərət Məclisində təmsil olunuruq. Məşvərət Məclisində isə belə bir təklif gündəmdə deyil”.
Qeyd edək ki, İctimai Palata oktyabrın 13-də parlamentin buraxılması tələbi ilə  kütləvi aksiya keçirəcəyi barədə qərar verib.

Şahanə Rəhimli  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi