Modern.az

Rəis müavini Səhlab Bağırov: “Yaram o qədər də ağır deyil” - FOTO

Rəis müavini Səhlab Bağırov: “Yaram o qədər də ağır deyil” - FOTO

5 Oktyabr 2012, 14:05

Azərbaycanda orta məktəblərdə hicab qadağasına etiraz əlaməti olaraq Təhsil Nazirliyi qarşısında keçirilən bugünkü aksiya zamanı  polislə qarşıdurmada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırova xəsarət yetirilib.  Modern.az bildirir ki, islamçı gənclərinn Təhsil Nazirliyinin binasına yürüşünün qarşısını almaqda şəxsən iştirak edən polkovnik Bağırov üz nahiyəsindən yara alıb.
Aksiya zamanı 200-dən çox inanclı "Hicaba Azadlıq!", "Misir Kafir!", “Hicabı qanımızla müdafiə edəcəyik!" və başqa şüarlar səsləndirib.
Hicab qadağasına etiraz edən dindarlarla Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə imkan verməyən polis əməkdaşları arasında qarşıdurma yaşanıb. Polislə qarşıdurmada dindarlar əllərində plakatların taxtaları ilə müdafiə olunublar.
Hər iki tərəfdən xəsarəti alanlar olub. Aksiyada yaralanan Səhlab Bağırov “xəsarətim ağır deyil”-deyə bildirib.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış