“Bu cür qarşıdurmalar bir sıra qüvvələrin maraqlarına xidmət edir. Bu sözləri Modern.az-a “Məşədi Dadaş “ məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib.
“Cəmiyyətdə din və dövlət qarşı durması yaratmaq heç bir tərəfə sərf etmir. Yəni Azərbaycanda radikallaşma meyllərinin yaranmasına bəzən süni məhdudiyyətlər səbəb olur . Ona görə hesab edirəm ki, Azərbaycanda hicab qadağası yoxdur. Sadəcə, bir sıra orta məktəblərdə məktəbli formasının tətbiq edilməsi ilə əlaqədar baş örtüyü ilə qızlar məktəbə buraxılmır. Amma bu bütün məktəblərdə belə deyil . Bununla bağlı qadağa qoyan hər hansı qanun yoxdur. Bu məsələlər hüquqi müstəvidə həllini tapmalıdır ki, cəmiyyətdə gərginlik və qarşıdurma yaranmasın. Çünki cəmiyyətdə gərginlik və qarşıdurmanın yaranmasında maraqlı olan başqa qüvvələrdə var ki, bu tip qarşıdurmanı kənardan stimullaşdırırlar. Bu məsələlər hüquqi müstəvidə nə qədər öz həllini taparsa yaxşı olar”.