İsrail xarici işlər naziri Avigdor Liberman İranda valyuta ucuzlaşması ilə bağlı etirazları şərh edərkən tezliklə “Fars baharı”nın başlanacağını deyb. Modern.az “Əl-Ərəbiyyə” telekanalına istinadən bildirir ki, Liberman İsrailin hərbi radiosuna müsahibəsində “Ərəb baharının” “Fars baharı” ilə əvəzlənəcəyini vurğulayıb.
““Ərəb baharının” davamı “Fars baharı” olacaq. Qeyri-sabitlik bütün İranda yayılır. Şübhəsiz, etiraz hərəkatı gələn yaydakı prezident seçkilərinin yaxınlaşması ilə daha da güclənəcək. İran rejimi kritik bir nöqtəyə gəlib çatır”.