Modern.az

Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü

Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü

23 İyun 2021, 21:34

Bakı şəhərinin Nəsimi rayonunda təmir-tikinti zamanı kişi hündürlükdən yıxılıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, 1964-cü il təvəllüdlü Həsənov İlham İbaş oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub.

 

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

 

 Həyata keçirilən tədbirlər nəticəsində İ.Həsənovun meyit tikinti sahəsindəki betonlanmış çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi