Modern.az

İctimai Palata Hacıbala Abutalıbova müraciət edib

İctimai Palata Hacıbala Abutalıbova müraciət edib

8 Oktyabr 2012, 11:46

İctimai Palata 13 oktyabr yürüşü ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə Modern.az saytına Müsavat başqanın müavini Gülağa Aslanlı məlumat verib. G.Aslanlı bildirib ki, müxalifətin yürüş mitinqinə icazə verilməsi üçün oktyabrın 5-də Bakı Meriyasına rəsmi müraciət göndərilib.

“Biz artıq yürüşlə bağlı ötən həftə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışıq. BizİM müraciətimizdə qeyd olunub ki, yürüşün keçirilməsi üçün münasib başqa marşrut göstərilərsə biz bunu müzakirə edə bilərik. Qanunla Bakı şəhər İcra Hakimiyyətindən bizə sabah axşam cavab verməlidirlər. Amma biz onlardan adətən cavab gec aldığımız üçün həftənin üçüncü gününü gözləyirik”, - deyə G.Aslanlı vurğulayıb.

Qeyd edək ki, ötən həftə İctimail Palatanın Koordinasiya Şurası parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsini üçün oktyabrın 13-də yürüş keçirmək qərarı verib. Müxalifətin yürüşünün keçmiş Əzizbyov heykəlinin yanından Milli Məclisin önünə qədər keçirilməsi nəzərdə tutulur.

 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi