2004-cü ilin yanvarın 1-dən bu günədək Təhsil Nazirliyinə diplomlarının tanınması ilə bağlı 6982 müraciət daxil olub. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, daxil olan müraciətlərin 804-ü ilə bağlı qeyri-qanuni fakt aşkarlanıb.
M. Mərdanov bildirib ki, araşdırmalar zamanı 26 saxta diplomun xarici ölkələrdən qanunsuz yolla əldə edilməsi sübuta yetirilib. Ekspert Qrupu tərəfindən şəxsi işlərin müzakirəsi nəticəsində 5637 müraciət müsbət həll edilib və onların sahiblərinə müvafiq şəhadətlərin verilməsi haqqında qərarlar qəbul edilib.